Menyu

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - YENİLƏNİB

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - YENİLƏNİB

Sumqayıtda zəhərlənən şəxslər xəstəxanadan evə buraxılıb.

"Operativ Media" xəbər verir ki, ana və onun üç uşağının vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, şəhərin 13-ci mikrorayonunda yaşayan bir ailənin dörd üzvü dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.//APA//

***

22:05

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.

"Operativ Media" xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib.

Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib.

Zəhərlənən uşaqlar 2007-ci il təvəllüdlü N. Süleymanova, 2016-ci il təvəllüdlü N. Süleymanov və 2017-ci il təvəllüdlü Y. Süleymanov o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.

Ananın vəziyyəti qənaətbəxş olsa da azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşadırma aparılır.//APA//

Teqlər:

"Sumqay\u0131tda ana \u00fc\u00e7 u\u015fa\u011f\u0131n\u0131 v\u0259 \u00f6z\u00fcn\u00fc z\u0259h\u0259rl\u0259yib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər