Ərdoğan zəlzələ qurbanlarına yardım edən azərbaycanlını mükafatlandırıb
Əziz Əzizli
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin 6 fevralında baş vermiş güclü zəlzələdən sonra avtomobilinə yüklədiyi əşyalarla qardaş ölkəyə köməyə tələsən və fotosu ilə məşhurlaşan azərbaycanlı Sərvər Bəşirli mükafatlandırıb.
"Operativ Media" xəbər verir ki, mərasim Prezident Köşkündə baş tutub.
Dövlət başçısı S.Bəşirliyə “Vəfa mükafatı”nı təqdim edib.
Xatırladaq ki, daha əvvəl Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində gündəmə gələn, əslən Laçın rayonundan olan Sərvər Bəşirlini həmrəylik rəmzi adlandırıb
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net