Yanvar-aprel aylarında 65 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olunub
Nərmin Qocamanlı
Bu ilin dörd ayında 65 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər vasitəsilə proaktiv qaydada həyata keçirilib. Onlardan 15 mini pensiya, 50 mini müavinət və təqaüd təyinatları olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
ƏƏSMN 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatını elektronlaşdırıb.
Məlumata görə, proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem vasitəsilə avtomatik şəkildə həyata keçirilməsinə imkan verir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net