25 May 2024, 09:24
Kür çayının sahilində çətənə yetişdirən Neftçala sakini həbs olundu
Kür çayının sahilində çətənə yetişdirən Neftçala sakini həbs olundu şəkil
Kür çayının sahilində çətənə yetişdirən Neftçala sakini həbs olundu

Kür çayının sahilində çətənə bitkisi yetişdirən Neftçala rayon sakini saxlanılıb.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Kür çayının rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Fəttah Əhmədov saxlanılıb. Əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilmiş 35 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər
İsrail ölkənin şimalında iki pilotsuz təyyarənin tutulduğunu bildirib
İsrail-İran münaqişəsi - SON XƏBƏRLƏR
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb