25 May 2024, 11:26
Bakıda növbəti iməcilik keçirilib - FOTO
Bakıda növbəti iməcilik keçirilib - FOTO şəkil
Bakıda növbəti iməcilik keçirilib - FOTO

Şəhərimizin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, may ayının 25-də paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb. İməcilik zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməcilikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar.

Eyni zamanda müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməcilikdə fəal şəkildə iştirak ediblər. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilir, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır. Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcəkdir.

 

Son xəbərlər
Bakıda binada partlayış baş verib
Azərbaycan cüdoçuları Berlində Avropa Kubokunda qüvvəsini sınayacaq
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb