Menyu

Qurban bayramında neçə gün iş olmayacaq?

Qurban bayramında neçə gün iş olmayacaq?

İyun ayında Milli Qurtuluş Günü və Qurban bayramı ardıcıl olacaq.

"Operativ Media" axar.az-a istinadən bildirir ki, 15 iyun - Qurtuluş günü, 16 və 17 iyun isə Qurban bayramı qeyd olunacaq.

Əmək Məcəlləsinə əsasən, istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir. 15-16 iyun tarixləri şənbə və bazar olduğu və bayram günlərinə düşdüyü üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq.

Yəni 15, 16, 17, 18 və 19 iyun - ardıcıl 5 gün qeyri-iş günləridir. 

Teqlər:

"Qurban bayram\u0131nda ne\u00e7\u0259 g\u00fcn i\u015f olmayacaq?"

Əlaqəli Xəbərlər