Menyu

Masallının 4 kəndində qazın verilişi dayandırılacaq

Masallının 4 kəndində qazın verilişi dayandırılacaq

Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.

"Operativ Media" xəbər verir ki, Masallı rayonu Bambaşı kəndində 2024-2025-ci il payız-qış mövsümünə hazırlıq tədbirlər planına uyğun olaraq müxtəlif diametrli siyirtmələrin quraşdırılması üçün Bambaşı, Böyük Xocavar, Yeyənkənd və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1900 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər