Menyu

Su hövzələrində təhlükəsizliklə bağlı tədbir keçirilib

Su hövzələrində təhlükəsizliklə bağlı tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Masallı Peşə məktəbində “Su hövzələrində təhlükəsizlik tədbirləri” mövzusunda tədbir keçirib.

"Operativ Media" FHN-ə istinadən xəbər verir ki, tədbirdə peşə məktəbinin kollektivi, rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.

Tədbir su hövzələrində təhlükəsizlik tədbirləri, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi qaydaları haqqında iştirakçılara geniş məlumat verilib.

İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb, mövzuya uyğun videoçarxlar nümayiş olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər