Tərtərdə 32 yaşlı kişi öldürülüb
Tərtər rayonunda 32 yaşlı kişi qətlə yetirilib.
Bu barədə “Operativ Media”ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, hadisə iyunun 14-də qeydə alınıb: “Tərtər rayonu ərazisində 1992-ci il təvəllüdlü Əliyev Abil Mətləb oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub”.
Bildirilib ki, hazırda şübhəli şəxs axtarılır: “Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net