Abşeronda 2 mərtəbəli evdə yanğın baş verib
Abşeron rayonunun Hökməli qəsəbəsində yanğın olub.
"Operativ Media" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 32 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb.
Yüksək temperaturdan mətbəxin və hamam otağının lambirdən ibarət tavanı 15 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net