Qazaxda yabanı halda bitən 7 454 kq çətənə bitkisi məhv edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş-2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Daş Salahlı və Yuxarı Salahlı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 7 454 kq olan 15 085 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.






