20 İyun 2024, 12:15
Ziyarət üçün ən bahalı şəhərlər hansılardır?
Ziyarət üçün ən bahalı şəhərlər hansılardır? şəkil
Ziyarət üçün ən bahalı şəhərlər hansılardır?

Dünyanın bəzi ölkələrində gündəlik ortalama xərc kifayət qədər bahadır. Bu, həm ölkənin inkişaf səviyyəsindən, həm də iqtisadi vəziyyətindən asılıdır. 

Bəs dünyanın ən bahalı şəhərləri hansılardır?

Bu barədə "Operativ Media" araşdırıb.

Birinci yerdə İspaniyanın paytaxtı Madrid şəhəridir. Burada gündəlik ortalama xərc 305 dollar təşkil edir. Sıralamada ikinci yeri Yaponiyanın paytaxtı Tokio şəhəri tutur. Burada günlü ortalama xərc azı 346 dollardan başlayır.

İspaniyanın digər şəhərlərindən biri olan Barselonada isə insanlar günlük təxminən 348 dollar sərf edirlər. Hollandiyanın paytaxtı və əhalinin ən çox məskunlaşdığı şəhər olan Amsterdamda isə gündəlik ortalama xərc 382 dollardır.

Növbəti bahalı şəhərlərdən biri İtaliyanın paytaxtı Roma şəhəridir. 2,8 milyon nəfər əhalisi olan şəhərdə gündəlik ortalama 392 dollar xərclənilir. Britaniya adalarındakı ən böyük şəhər, İngiltərənin paytaxtı London da dünyanın ən bahalı şəhərləri arasında öz mövqeyini qoruyur. 8 milyonluq əhalisi olan şəhərdə ortalama xərc 472 dollar təşkil edir.

Turistlərin ən çox üz tutduğu şəhər olan Dubay isə gündəlik ortalama xərc cəhətdən sıralamanın 7-ci yerindədir. Bu şəhərdə ortalama xərc 476 dollardan başlayır. Fransanın paytaxtı da olduqca bahalı şəhərlərdən biridir. Parisdə gündəlik ortalama xərc 570 dollar hesablanıb. 

Amerika Birləşmiş Ştatlarının əhalisinin sayına görə ən böyük şəhəri olan Nyu-York isə sıralamada 10-cu yeri tutaraq dünyanın ən bahalı şəhəri hesab olunur. Burada gündəlik ortalama xərc 703 dollar təşkil edir.

Sevinc İbrahimzadə

Son xəbərlər
İDF: Bütün İran pilotsuz təyyarələri İsrail sərhədləri xaricində məhv edilib
XİN ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb
İsrail Hərbi Hava Qüvvələri Natanzdakı nüvə obyektini tamamilə dağıdılıb
Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət edib
Misir hava limanlarını yüksək hazırlıq vəziyyətinə gətirilib
Cənubi Kipr Rum Administrasiyası ilə İsrail arasında uçuşlar dayandırılıb
Rəsmi Ankara İsrailin İrana endirdiyi zərbələri pisləyib
İsrailin İrana hücumu nəticəsində neft qiymətləri 7 faizdən çox artıb