Bu mərkəzlərdə sertifikasiya imtahanı keçiriləcək
Sabah Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 2 mərkəzdə sertifikasiya imtahanı keçiriləcək.
"Operativ Media" xəbər verir ki, imtahanlar 21, 22 və 24 iyunda baş tutacaq.
Bu il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.
Sertifikatlaşdırma imtahanları Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 2 mərkəzdə - Lənkəran şəhər 7 nömrəli və Masallı şəhər 1 nömrəli məktəblərdə təşkil olunmuş mərkəzlərdə keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net