http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Mövsümi olmayan qarpızın hansı zərərləri var?

21 İyun 2024 , 10:20
Mövsümi olmayan qarpızın hansı zərərləri var?

Paytaxt bazarlarında artıq qarpız və yemişin satışına rast gəlmək mümkündür. Hərçənd məhsullar bazara təzə gətirilir deyə qiymətləri də yüksəkdir. Buna baxmayaraq, satıcılar alıcılıq qabiliyyətinin yaxşı olduğunu bildirirlər.

Bəs mövsümi olmayan qarpızın orqanizmə hansı zərərləri ola bilər?

Qida mütəxəssisi İlkin Şirinov "Operativ Media"ya açıqlamasında bildirib ki, mövsümündən öncə yetişən meyvələrin, tərəvəzlərin insan orqanizmi üçün heç bir faydası olmur:

"Çünki hazırda satışda olan qarpızlar süni iqlim şəraitində, süni yaradılmış istixanalarda, müxtəlif örtük altında yetişdirilir və xüsusilə bunların yetişdirilməsi üçün gübrələrdən həddindən çox istifadə olunur. Bu da insan orqanizmi üçün birmənalı şəkildə təhlükə yaradır. Ən əsası qarpız alarkən onun içərisində olan müxtəlif zolaqlar var ki, onlara diqqət yetirmək lazımdır. Belə ki, həmin zolaqlar ağ iri zolaq formasında olduqda, həmin qarpız insan sağlamlığı üçün təhlükə mənbəyi sayılır. Çünki  müxtəlif meyvə-tərəvəz üçün nəzərdə tutulan gübrələrin  həddindən artıq istifadə olunması birbaşa insanların sağlamlığının riskə atmaq deməkdir. Mən alıcılara tövsiyə edirəm ki, hər bir meyvə və tərəvəzin mövsümündə yeyilməsinin tərəfdarı olsunlar. Qarpızın yeyilməsi hələ bir aydan sonra üçün nəzərdə tutulmuş olsa da, artıq ticarət obyektlərində baha qiymətə müştərilərə təklif olunur və onlar da heç bir sorğu-sual etmədən rahatlıqla istehlak edirlər".

Sevinc İbrahimzadə 

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu