22 İyun 2024, 16:58
Masazırda liftdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas olunub - VİDEO
Masazırda liftdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas olunub - VİDEO şəkil
Masazırda liftdə köməksiz vəziyyətdə qalan 2 nəfər xilas olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən "Operativ Media"ya verilən xəbərə görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, nasazlıq səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti altıncı mərtəbədə dayanıb və biri azyaşlı olmaqla 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.

Son xəbərlər
Pənah Hüseyn AXP sədrliyindən istefa verdi
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək
"Əl-Hilal" Osimhenə illik 50 milyon avro təklif edib