24 İyun 2024, 10:42
Kəlbəcər və Laçında SES-lərə karbon sertifikatlarının alınması aparılır
Kəlbəcər və Laçında SES-lərə karbon sertifikatlarının alınması aparılır şəkil
Kəlbəcər və Laçında SES-lərə karbon sertifikatlarının alınması aparılır

Kəlbəcər və Laçında yerləşən kiçik su elektrik stansiyalarına karbon sertifikatlarının alınması proseduru aparılır.

“Azərenerji” ASC-dən “Operativ Media"ya verilən məlumata görə, 2024-cü ilin əvvəlində Kəlbəcər rayonunda yerləşən “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Qamışlı” və “Meydan”, eləcə də Laçın rayonunda yerləşən “Mirik” və “Qarıqışlaq” kiçik su elektrik stansiyaları üçün karbon sertifikatlarının alınması və bununla karbon kreditləri üzrə könüllü bazarda iştirakın təmin edilməsi məqsədilə “Azərenerji” ASC və “SOCAR Trading” əməkdaşlığı çərçivəsində Qətərdə yerləşən “Global Carbon Council” və İsveçrədə yerləşən “Gold Standard” qurumlarına müraciət edilib. 

Yuxarıda qeyd edilən qurumlar tərəfindən yeddi kiçik su elektrik stansiyası üzrə sənədlərə ilkin baxış keçirilib və qeydiyyat proseduru çərçivəsində sahə auditi təyin olunub. Sahə auditi mərhələsinin icrası məqsədilə audit şirkəti cəlb edilib. Bu mərhələ 10 iyun 2024-cü il tarixindən başlayaraq, üç gün ərzində Azərbaycanda səfərdə olan ekspert tərəfindən həyata keçirilib. 

Qeydiyyat proseduru davam edən yeddi kiçik su elektrik stansiyasının fəaliyyəti nəticəsində il ərzində 45 – 50 min ton karbon dioksid qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulub. 

Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək bu layihə Azərbaycandan karbon kreditləri üzrə könüllü bazarda iştirak üçün müraciət edilən ilk layihələrdəndir.

Son xəbərlər
Rəsmi Ankara İsrailin İrana endirdiyi zərbələri pisləyib
İsrailin İrana hücumu nəticəsində neft qiymətləri 7 faizdən çox artıb
Azərbaycan XİN: İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyatlardan narahatıq
Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb
Ağdamda insana məxsus olması ehtimal edilən sümük fraqmentləri şkar edilib
İsrailin İranın şərqindəki hücumları nəticəsində ölənlərin sayı 3-ə çatıb
Prezident: Azərbaycanın səhiyyə sistemi yüksək hazırlıqlı kadr potensialına malikdir
Shafaq News: 150-dən çox İran PUA-sı İraq hava sərhədindən keçir