http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Gəncədə törədilən qətllə bağlı cinayət işi başlanıb - YENİLƏNİB-1

26 İyun 2024 , 21:11
Gəncədə törədilən qətllə bağlı cinayət işi başlanıb - YENİLƏNİB-1

İyunun 26-da saat 16 radələrin Gəncə şəhəri ərazisində 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirilməklə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Operativ Media"ya Gəncə şəhər prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 1959-cu il təvəllüdlü Mahir Quliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək tanışı İlhamə Hüseynovanı qəsdən öldürməsinə, daha sonra 1999-cu il təvəllüdlü Akif Ağalarova və özünə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Akif Ağalarov və hadisəni törətməkdə şübhəli bilinən Mahir Quliyev xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam edir.

***

18:58

Gəncədə qadın bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Media"ya bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlət çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsicid-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.

Hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Bərdədə traktor yanıb, bir nəfər xəsarət alıb

Bərdədə traktor yanıb, bir nəfər xəsarət alıb

Üzərinə benzin atılaraq yandırılan şəxslərin vəziyyəti ağırdır - TƏBİB

Üzərinə benzin atılaraq yandırılan şəxslərin vəziyyəti ağırdır - TƏBİB

Müdafiə naziri Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb

Müdafiə naziri Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb

XƏBƏR LENTİ
  • 14:53

    İraq və Suriyanın şimalında 10 terrorçu zərərsizləşdirilib
  • 14:43

    Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək
  • 14:41

    Ərdoğan Qurbanqulu Berdiməhəmmədov ilə telefon danışığı aparıb
  • 14:03

    Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
  • 13:57

    Bərdədə traktor yanıb, bir nəfər xəsarət alıb
  • 13:53

    Üzərinə benzin atılaraq yandırılan şəxslərin vəziyyəti ağırdır - TƏBİB
  • 13:26

    Müdafiə naziri Macarıstan Milli Assambleyasının sədr müavini ilə görüşüb
  • 12:58

    Gürcüstanda Azərbaycanla sərhədə qədər avtomobil yolunun tikintisi bu il başa çatdırılacaq
Menyu