Menyu

Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb

Bəzi dağlıq və dağətəyi rayonlarda leysan yağıb
1 dəq oxu

İyunun 28-i günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Düşən yağıntının miqdarı Zaqatalada 27 mm, Balakəndə 17 mm, Oğuzda 11 mm, Astarada 8 mm, Qusar, Qəbələ, Quba, Xaltan, Ağsu, İsmayıllı, Şahdağda 6 mm-dək olub.

Əlaqəli Xəbərlər