02 İyul 2024, 13:45
Banklar əlilliyi olan şəxslərə kredit verməkdə niyə maraqlı deyil?
Banklar əlilliyi olan şəxslərə kredit verməkdə niyə maraqlı deyil? şəkil
Banklar əlilliyi olan şəxslərə kredit verməkdə niyə maraqlı deyil?

Bəzi əlilliyi olan şəxslər nə bankdan kredit, nə də ipotekaya ev ala bilirlər.  

Sosial şəbəkələrdə bununla bağlı tez-tez paylaşımlara rast gəlmək mümkündür. Əlilliyi olan şəxslər bildirirlər ki, banklar az məbləğ belə olsa, onlar üçün kredit xətti ayırmırlar.

“Operativ Media”ya açıqlama verən vəkillər kollegiyasının üzvü Anar Ramazanov bildirir ki, əlilliyi olan şəxslərin kreditlə bağlı imtina alması halları praktikada çox rastlaşılır.

Banklar tərəfindən hər bir müraciətə fərdi yanaşılır. Xüsusilə birinci qrup əlilliyi olan şəxslərin müraciəti zamanı isə müəyyən nüanslar nəzərə alınır:

“Bankların risk amilini hesablamaq üçün xüsusi üsulları var. Burada borcun gəlirə olan nisbəti, kredit təminatının kreditə olan nisbəti, vətəndaşın digər gəlirləri, kreditin məqsədi, vətəndaşın həyat şəraiti, həmin kredit alan vətəndaşın kredit müddəti ərzində gəlirinin artma və ya azalma ehtimalları nəzərə alınır. Bundan əlavə gələcəkdə həmin vətəndaşın işdən çıxma ehtimalı da bu siyahıda diqqətə alınır. Həmin göstərilən siyahıda tələblər banklar tərəfindən qiymətləndirilir və bunlar da daha çox risk əsaslı qiymətləndirilir. Banklar bunu hüququ əsaslarla müəyyən etmirlər. Yəni qanunda belə məsələlər ağdan-qaraya yazılmır ki, bu vətəndaşa kredit verilsin, başqasına verilməsin. Bu məsələlər daha çox risk əsasında müəyyənləşdirilir”.

Vəkilin sözlərinə görə, kredit almaq istəyən əlilliyi olan şəxslər də banklar tərəfindən qruplaşdırılır. Kredit əldə etmək istəyən şəxs bankdan imtina ilə bağlı rəsmi sənəd almalıdır:

“Banklar birinci qrup əlilliyi olan şəxsə bir qayda olaraq kredit verməkdən imtina edir. Məsələn, bəzi birinci qrup əlil var ki, psixi xəstəliyi var, onlara təbii ki, kredit verilə bilməz. Amma elə birinci qrup əlillər var ki, onun həyat qabiliyyəti var, özünü idarə edə bilir, belə xəstəliyi banklar nəzərə alırlar. Bu da o deməkdir ki, banklar işə sırf risk əsaslı yanaşırlar. Hansısa sahədə risk görürlər, yoxsa yox. Risk gördükləri sahələr üçün kredit ayırmırlar. Məsələnin qismən həll yolu kimi həyat sığortasını göstərmək olar. Digər tərəfdən, fəaliyyət qabiliyyəti və stabil iş yeri, əlilliyi olan şəxslər kredit müraciətinə imtina cavabı alıblarsa, bankdan bu imtinanın yazılı formada əsaslandırmasını tələb etməlidirlər. Bundan sonra aidiyyəti orqanlara və ya məhkəməyə müraciət edərək bankların “imtina”sını aradan qaldırmağa nail olmaq mümkündür”.

Son xəbərlər
Suriyada kilsədə partlayış olub
Qubada ağır qəza olub
İƏT ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləyib
Qərbi Azərbaycan İcması dəstəyə görə İƏT üzv dövlətlərinə təşəkkür edib
İran XİN: ABŞ bu müharibənin nəticələrinə görə məsuliyyət daşımalıdır
Fatih Altaylı həbs edilib
Qazaxıstanda təyyarə qəzaya uğrayıb
Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazandılar