Suraxanıda yol qəzası olub, bir nəfər xilas edilib - VİDEO
Suraxanı rayonunda yol qəzası olub, avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib.
Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, E.Bəkirov küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İSUZU” markalı avtobus ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtobusun sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1967-ci il təvəllüdlü Bayramov Fariz İbad oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Teqlər:
"Suraxan\u0131da yol q\u0259zas\u0131 olub bir n\u0259f\u0259r xilas edilib - V\u0130DEO"