http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

03 İyul 2024 , 18:19
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

İyulun 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) növbəti məzun buraxılışına həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

"Operativ Media" xəbər verir ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və valideynlər iştirak etmişlər.

Öncə Ulu Öndər Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılmış abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülmüşdür. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Təntənəli tədbir məzunlara diplomların təqdim olunması mərasimi ilə davam etmiş, ardınca DTX-nin rəisi general-polkovnik Əli Nağıyev giriş nitqi ilə çıxış etmişdir.

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan Akademiyada təhsillərini uğurla başa vurmaları ilə bağlı məzunlara təbriklərini çatdıran Xidmət rəisi DTX-nin gələcək zabit əməkdaşlarının Vətənə və xalqa dönməz sədaqətlə xidmət edəcəklərinə, dövlətimizin təhlükəsizliyinin keşiyində hər zaman ayıq-sayıq duracaqlarına, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əvəzsiz səyləri nəticəsində müasir çağırışlara uyğun formalaşdırılmış milli təhlükəsizlik konsepsiyasının müvəffəqiyyətlə reallaşdırılması istiqamətində üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, ölkənin təhlükəsizliyinin etibarlı təminatı naminə var qüvvə ilə çalışacaqlarına inamını ifadə etmişdir.

General-polkovnik Əli Nağıyev bildirmişdir ki, yüksəkixtisaslı kadrlarla komplektləşdirilmiş və maddi-texniki bazası davamlı yenilənən Akademiyada keyfiyyətli təhsil alınması üçün tədris prosesi ilbəil təkmilləşdirilir, xüsusi təyinatlı təhsil müəssisəsinin infrastrukturu çağdaş tələblərə uyğun şəkildə yenidən qurulur. Sadalanan amillərlə yanaşı, Akademiyada kursant adına yiyələnmək istəyənlər arasında ciddi seçim aparılır, bu proses çərçivəsində yalnız qənaətbəxş səviyyədə bilik və bacarıqları olan, gələcəyi böyük potensial vəd edən gənclərə üstünlük verilir. Son illərdə görülən bu məqsədyönlü tədbirlərin nəticəsidir ki, yüksək bal toplayaraq Akademiyaya daxil olan kursantların sayı hər ötən il daha da artır və onlar respublika üzrə keçirilən müxtəlif bilik yarışlarında birincilik qazanırlar.

Tədbirin digər çıxışçıları kursantların peşəkar zabit kimi yetişmələri üçün Akademiyada yaradılan hərtərəfli şəraitə görə DTX-nin və Akademiyanın rəhbərliyinə minnətdarlıq etmiş, övladlarının dövlətimizə təhlükəsizlik orqanı əməkdaşı kimi xidmət edəcəklərinə görə qürur və şərəf hissi keçirdiklərini bildirmişlər.  

Sonda xatirə fotoşəkli çəkdirilmişdir.

OXŞAR XƏBƏRLƏR
Xankəndidə “Qarabağ” hotelinin açılışı olub - YENİLƏNİB

Xankəndidə “Qarabağ” hotelinin açılışı olub - YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub - YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub - YENİLƏNİB

Nazir: Növbəti mərhələlərdə “Yüksəliş” müsabiqəsinin daha aşağı yaş qruplarını əhatə etməsi nəzərdə tutulur

Nazir: Növbəti mərhələlərdə “Yüksəliş” müsabiqəsinin daha aşağı yaş qruplarını əhatə etməsi nəzərdə tutulur

XƏBƏR LENTİ
  • 01:46

    AÇ-2024: Fransa millisi yarımfinala yüksəldi
  • Dünən
    23:31

    Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub
  • Dünən
    23:27

    Siyarto: Orbanın Rusiyaya səfəri Ukrayna böhranının həllini yaxınlaşdıracaq
  • Dünən
    23:03

    İranda prezident seçkilərinin vaxtı üçüncü dəfə uzadılıb - YENİLƏNİB
  • Dünən
    22:50

    Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - YENİLƏNİB
    Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - YENİLƏNİB
  • Dünən
    22:45

    Bayden və Netanyahu arasında görüş ola bilər
  • Dünən
    22:39

    AÇ-2024: İspaniya millisi yarımfinala yüksəldi
  • Dünən
    22:30

    Viktor Orban Azərbaycana səfərə gəlib
    Viktor Orban Azərbaycana səfərə gəlib
Menyu