Menyu

Azərbaycanla Beynəlxalq Məktəb İdmanı Federasiyası arasında gələcək əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Beynəlxalq Məktəb İdmanı Federasiyası arasında gələcək əməkdaşlıq müzakirə olunub

İyulun 4-də gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Məktəb İdmanı Federasiyasının prezidenti Loran Petrinka və icraçı direktoru Hasney El Ayubini qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, qonaqları salamlayan nazir onlara ölkəmizdə məktəblilərin idmanla məşğulluğu və bu sahədə görülən işlər barədə məlumat verib.

Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Görüş zamanı ölkəmizlə beynəlxalq federasiya arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.

Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.

Teqlər:

"Az\u0259rbaycanla Beyn\u0259lxalq M\u0259kt\u0259b \u0130dman\u0131 Federasiyas\u0131 aras\u0131nda g\u0259l\u0259c\u0259k \u0259m\u0259kda\u015fl\u0131q m\u00fczakir\u0259 olunub"

Fotogalereya

Əlaqəli Xəbərlər