Menyu

Saatlıda atasını şüşə parçası ilə qətlə yetirən şəxs saxlanılıb

Saatlıda atasını şüşə parçası ilə qətlə yetirən şəxs saxlanılıb

Saatlıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

"Operativ Media" xəbər verir ki, bu barədə Saatlı rayon prokurorluğu məlumat yayıb.

İyulun 6-da saat 18 radələrində Saatlı rayonu ərazisində 1952-ci il təvəllüdlü Ramiz Ağayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2000-ci il təvəllüdlü Rabil Ağayevin rayonun Dədə Qorqud kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı şüşə parçası ilə xəsarət yetirərək atası Ramiz Ağayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rabil Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər