Menyu

Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

İyulun 7-si saat 17:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Biləsuvar, Sabirabad, Mingəçevir, Sarıbaş (Qax), Kişçay (Şəki), Göygöl, Xaltan, Qusar, Şəmkir, İsmayıllı, Goranboy, Daşkəsən, Qobustan, Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış, Abşeron yarımadasının bəzi yerlərində isə qısamüddətli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 33, Aran rayonlarında 34, dağlıq rayonlarda 23-28 dərəcəyədək isti qeydə alınıb.

Teqlər:

"\u015eim\u015f\u0259k \u00e7ax\u0131b leysan ya\u011f\u0131b - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər