http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Universitet oxumaq xatirinə “hansısa ixtisasa qəbul olum” prinsipini kənara qoymaq lazımdır" - Ekspert

08 İyul 2024 , 09:56
“Universitet oxumaq xatirinə “hansısa ixtisasa qəbul olum” prinsipini kənara qoymaq lazımdır" - Ekspert

“Seçim zamanı bir çox incəlikləri diqqətdə saxlamaq mütləqdir. Məsələn, hansısa ixtisasın balı 600 ola bilər. Amma plan yerinin artırılması və nəticələrin yüksək olmaması və ya həmin ixtisaslar üzrə fərqli qaydaların tətbiqi növbəti ildə o ixtisas üzrə keçid balını 200 edə bilər. Biz bunu 1-ci ixtisas qrupunda ilk dəfə tətbiq edilmiş Rİ altqrupunda keçən il gördük”.

Bunu “Operativ Media”ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

Ekspertin sözlərinə görə, ixtisas seçimi kənardan adi görünsə də, mahiyyət etibarilə olduqca çox diqqət tələb edən prosesdir. Abituriyent elə ixtisas seçməlidir ki, gələcəkdə o istiqamət üzrə özünü, karyerasını düzgün qura bilsin.

“Universitet oxumaq xatirinə “hansısa ixtisasa qəbul olum” prinsipini kənara qoymaq lazımdır. İxtisas seçərkən balınıza uyğun universiteti seçməyin, “dostum orada oxuyur” prinsipi ilə yanaşmayın.Populyar universitet seçimi bir kənara qoyulmalı, gələcəyi olan ixtisas seçilməlidir. Məsələn, sizin istədiyiniz ixtisas AzTU-dadırsa, amma sizin bəyəndiyiniz universitet BAU-dursa, burada istədiyiniz ixtisas olan universiteti seçin, balınıza uyğun BAU-nun hər hansı bir ixtisasını kodlaşdırmayın. Çox yaxşı olar ki, topladığınız nəticəyə uyğun oxumaq istədiyiniz ixtisas arzusunda olduğunuz universitetdə olsun. Bu olmadığı təqdirdə ixtisasa diqqət ayırın. İxtisas seçimi zamanı istəyinizi önə çəkin, yəni sən kim olmaq istəyirsən?”

Rizvan Fikrətoğlu deyir ki, mütləq qaydada diqqət edilməlidir ki, ixtisas üzrə hansı universitet tələbə qəbul edir, əvvəlki illərlə müqayisədə boş plan yeri və keçid balları necə formalaşıb. Növbəti mərhələlər üçün ödənişin məbləğinə, ərazi faktorlarına da baxış keçirilməlidir.

 “Əgər Sizə 15 yer yazmağa ixtiyar verilirsə, bu yerin 5-ni balınızdan yüksək yerləri kodlaşdıra bilərsiniz. Amma burada bir reallığı nəzərə alın ki, həmin 5 yerdə keçid balının enmə ehtimalı 10 faiz də olsa, varmı? Növbəti 5 yerə balınıza yaxın yerləri yazın. Məsələn, sizin balınız 340-dırsa, yuxarıda dediyimiz plan yerlərini, statistik göstəriciləri nəzərə alıb 320-360 bal arası yerləri yaza bilərsiniz. Son beş yerə isə minimum bal tələb edən yerləri yazmaq olar. Cavablar emal olunarkən kodlaşdırdığınız ixtisas ardıcıllığı önəm daşıyır. Bu səbəbdən ixtisasın dövlət sifarişli və ödənişli olmasına diqqət ayırın. 1-ci yerə balınız çatmasa, növbəti 2-ci, 3-cü və bu şəkildə ardıcıl yerlərə diqqət yetirilir. Buna görə də ardıcıllığı ən çox oxumaq istədiyiniz ixtisaslara uyğun yazın. 15 yeri 3 mərhələyə bölməyinin məntiqini belədir ki, əgər ballar enərsə, arzusunda olduğunuz yüksək ballı yerlərə qəbul olunasınız. Ballar stabil qalarsa, balınıza yaxın yerlərə qəbul şansınız olsun. Əgər ballar gözlənilməz həddə qalxarsa, tələbə adını qazana biləsiniz. Amma 15 yerin heç birinə oxumayacağınız, sevmədiyiniz ixtisasları yazmayın. Çünki 15 yerin hər biri bir şansdır. Başqa ixtisası yazıb qəbul olmaq şansınızı itirmiş olursunuz. Qəbul olduğunuz ixtisası oxumayacağınız təqdirdə isə kimlərinsə tələbə olmaq arzusunu reallaşmağa qoymursunuz. Qəbul olsanız və oxumaqdan imtiuna etsəniz, bu halda növbəti turlarda boş qalmış ixtisasları kodlaşdırmağa sizə icazə verilməyəcək”

Ekspert deyir ki, yüksək bal tələb edən ixtisaslarda da balların aşağı salınması gözlənilir.

“Seçim zamanı bir çox incəlikləri diqqətdə saxlamaq mütləqdir. Məsələn, hansısa ixtisasın balı 600 ola bilər. Amma plan yerinin artırılması və nəticələrin yüksək olmaması və ya həmin ixtisaslar üzrə fərqli qaydaların tətbiqi növbəti ildə o ixtisas üzrə keçid balını 200 edə bilər. Biz bunu 1-ci ixtisas qrupunda ilk dəfə tətbiq edilmiş Rİ altqrupunda keçən il gördük. Belə ki, informatikayönümlü ixtisasları yazmaq üçün ayrıca informatika fənnindən imtahanın verilməsi, bir çox abituriyentin bundan xəbər tutmaması həmin altqrupda olan ixtisasların 400 baldan çox enməsinin şahidi olduq. Abituriyentlər daha çox keçid balında ilişib qalırlar. Nəzərə almaq lazımdır ki, keçid balını abituriyentlər formalaşdırır və bu hər il fərqli rəqəmlər olur. Məsələn, hansısa ixtisas üzrə 50 plan yeri ayrılıbsa və buranı 100 abituriyent kodlaşdırıbsa, ən yüksək bal toplayan 50 nəfər həmin ixtisas üzrə qəbul edilir. Sonuncunun – 50-ci abituriyentin balı müvafiq ixtisas üzrə keçid balı hesab olunur. Gələcəyin ixtisaslarına gəlincə, buraya tibb, kompüter elmləri və daha çox dəqiq elmlərə əsaslanan ixtisasları daxil etmək olar. Çoxluq belədir ki, abituriyentlər DİM-in keçirdiyi imtahandan müəyyən bal topladıqdan sonra hansısa bir ixtisası seçirlər. İstək, bacarıq qalır kənarda. Məhz hər şey buradan başlayır. İnsanlar populyarlığa qaçırlar. Amma “xalxın uşağı” həkim, İT, hüquqşünas kimi sahələrdə uğur qazanıbsa, aya 10 min manat əldə edirsə, bu o demək deyil ki, sizdə də bu belə olacaq. Burada şəxsin bacara bilməsi, potensialı məsələsi önəm daşıyır. Populyar olsa da, yaxşı pul gətirsə də bacara biləcəyiniz, sevdiyiniz sahəni seçin. Ölkədə nə qədər işini bilməyən hüquqşünas, həkim, İT mütəxəssisi var. Bunlar bizə heç nə qazandırmır. Amma gəl ki, savadlı zootexnik, aqronom, meşəçi tapa bilmirsən. İnsan özünə sual verməli, uşaqikən gələcəyə nikbin baxmalıdır: Mən kiməm, potensialım nədir və nəyi bacarıram?”

OXŞAR XƏBƏRLƏR
DİN: Cinayətkarlığa qarşı mübarizədə vətəndaş fəallıq göstərir

DİN: Cinayətkarlığa qarşı mübarizədə vətəndaş fəallıq göstərir

Çimərliklərdə təhlükəli vəziyyətlə qarşılaşmamaq üçün nələrə diqqət edilməlidir?

Çimərliklərdə təhlükəli vəziyyətlə qarşılaşmamaq üçün nələrə diqqət edilməlidir?

Vəkillər Kollegiyasının rəhbərliyi İran səfirliyinin nümayəndə heyəti ilə görüşüb

Vəkillər Kollegiyasının rəhbərliyi İran səfirliyinin nümayəndə heyəti ilə görüşüb

XƏBƏR LENTİ
  • 22:29

    Ərdoğan: Türkiyə Rusiya və Ukrayna ilə yeni taxıl dəhlizini müzakirə edir
  • 22:22

    Azərbaycan millisi Macarıstana məğlub oldu
  • 22:15

    Sahibə Qafarova Sankt-Peterburqda bir sıra görüşlər keçirib
  • 22:01

    ABŞ Gürcüstana yardımı dondurur
    ABŞ Gürcüstana yardımı dondurur
  • 21:47

    Sahibə Qafarova MDB PA Şurasının iclasında iştirak edib
  • 21:33

    Sullivan və hindistanlı həmkarı ikitərəfli münasibətləri müzakirə ediblər
  • 21:18

    AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb
  • 21:04

    Pentaqon Rusiya ərazisinə hücuma icazə verə bilər
Menyu