Bakı sakininin bank kartından 1430 manat pul oğurlanıb
Nərmin Qocamanlı
İyulun 4-də Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini bank kartından 1430 manatının oğurlandığını bildirib.
DİN-in mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rəfail Zülfüqarov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma