Menyu

Lerik və Yardımlının bir hissəsində qaz olmayacaq

Lerik və Yardımlının bir hissəsində qaz olmayacaq

Sabah Lerik və Yardımlı rayonlarının bir hissəsində qaz olmayacaq.

"Operativ Media" xəbər verir ki, Yardımlı rayonunun Vərgədüz, Bilnə və Bürzünbül kəndlərinin 500 abonentini təbii qazla təchiz edən diametri 110 mm-lik orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsi məqsədilə sabah saat 14:00-dan işlər başa çatanadək və eləcə də Lerik rayonunun Hıramo, Yuxarı Bilnə, Livədirqə, Mastayıl, Əvilə, Murya və Durğan kəndlərinin 550 abonentini qazla təmin edən müxtəlif diametrli yerüstü və yeraltı daşıyıcı qaz kəmərlərinin kipliyə sınaq edilməsi məqsədilə sabah saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər