http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Uşaq bağçalarına qeydiyyat gələn həftə başlayacaq

09 İyul 2024 , 12:11
Uşaq bağçalarına qeydiyyat gələn həftə başlayacaq

Uşaq bağçalarına qəbul üçün qeydiyyat iyulun 16-sı saat 11:00-dan başlayacaq.

"Operativ Media" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikası üzrə 19 iyul, Bakı şəhəri üzrə isə 26 iyul tarixindən başlayacaq.

O.Abbasov qeyd edib ki, təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər:

"Boş yerlərə qəbul il ərzində aparılır. Dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada, www.bq.edu.az - elektron sənəd qəbulu sistemi vasitəsilə aparılır. Mayın 16-dan etibarən elektron sistem üzrə növbələrin yaradılması müvəqqəti olaraq məhdudlaşdırılıb. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər".

OXŞAR XƏBƏRLƏR
Kürün Yevlaxdan keçən hissəsində meyit tapılıb

Kürün Yevlaxdan keçən hissəsində meyit tapılıb

Lənkərançayda batan şəxsin meyiti tapılıb

Lənkərançayda batan şəxsin meyiti tapılıb

AZAL Bakı ilə Düşənbə arasında reyslərə aviabiletlərin satışına başladı

AZAL Bakı ilə Düşənbə arasında reyslərə aviabiletlərin satışına başladı

XƏBƏR LENTİ
  • Dünən
    23:36

    "Zirə" Konfrans Liqasında Slovakiya komandası ilə qarşılaşacaq
  • Dünən
    23:28

    ABŞ Almaniyanın Ukraynaya yardımını davam etdirəcəyinə əmindir
  • Dünən
    23:11

    ABŞ tərəfi İranın Trampa sui-qəsd planlaması iddiasını şərh edib
  • Dünən
    23:04

    AL: "Zirə" mübarizəni dayandırdı
  • Dünən
    22:57

    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
    Nikol Paşinyan və Emmanuel Makron arasında görüş olub
  • Dünən
    22:43

    Pentaqon: İraqda ABŞ hərbçilərinin yerləşdiyi aviabaza PUA ilə vurulub
  • Dünən
    22:28

    Orban Aİ-ni Rusiya ilə diplomatik əlaqə kanallarını bərpa etməyə dəvət edib
  • Dünən
    22:13

    Macarıstan 2025-ci ilin sonuna qədər Slovakiyanın hava məkanını qoruyacaq
Menyu