11 İyul 2024, 15:56
Paytaxtda sürət yarışı keçirən sürücülər saxlanılıb
Paytaxtda sürət yarışı keçirən sürücülər saxlanılıb şəkil
Paytaxtda sürət yarışı keçirən sürücülər saxlanılıb

Paytaxtda narkotik vasitənin təsiri altında sürət yarışı keçirən sürücülər saxlanılıb.

Bakı Şəhər DYP İdarəsindən "Operativ Media"ya verilən məlumata əsasən, paytaxtın Nərimanov rayonu H.Əliyev prospektində “Hyundai” markalı, 10-RM-044 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abdullazadə Orxan Qalib oğlu və  “Vaz 21705” markalı, 10-XO-034 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Quluzadə Erol Azər oğlu avtoxuliqanlıq hərəkətləri etdikləri üçün Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücülərin hərəkətləri şübhə doğurduğundan onların tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı O.Abdullazadənin və E.Quluzadənin narkotik vasitə qəbul etmələri də müəyyən olunub.

Sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə O.Abdullazadənin və E.Quluzadənin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar 15 sutka inzibati qaydada həbs ediliblər.

Son xəbərlər
Azərbaycan XİN: İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyatlardan narahatıq
Milli Məclis Prezident və Birinci vitse-prezidentə təbrik məktubu ünvanlayıb
Ağdamda insana məxsus olması ehtimal edilən sümük fraqmentləri şkar edilib
İsrailin İranın şərqindəki hücumları nəticəsində ölənlərin sayı 3-ə çatıb
Prezident: Azərbaycanın səhiyyə sistemi yüksək hazırlıqlı kadr potensialına malikdir
Shafaq News: 150-dən çox İran PUA-sı İraq hava sərhədindən keçir
Tehran BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
"Karvan" I liqada evdə ən çox azarkeş toplayan komanda oldu