11 İyul 2024, 16:49
Bakının Əhməd Rəcəbli küçəsində yeni yol infrastrukturu qurulub
Bakının Əhməd Rəcəbli küçəsində yeni yol infrastrukturu qurulub şəkil
Bakının Əhməd Rəcəbli küçəsində yeni yol infrastrukturu qurulub

 

Bakının Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə Akademik Həsən Əliyev küçəsi arasında yerləşən hissəsində təmir-bərpa işləri aparılıb.

"Operativ Media" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliynə istinadən xəbər verir. 

Məlumata görə, 910 metr uzunluğa malik ərazidə müasir standartlara cavab verən yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib.

Nişanlanma xətlərinin əksəriyyəti ikikomponentli boya ilə çəkilib. Həmçinin boyanın işıq qaytarıcılığını artırmaq məqsədilə şüşə tozundan istifadə olunub.

Quraşdırılan yol nişanları isə ilk dəfə olaraq ikiqat bükülüb, uzunmüddətli korroziyayadavamlı və ekoloji cəhətdən təmiz materialdan hazırlanıb. Yolda hərəkət iştirakçılarının rahatlığının və təhlükəsizliyinin təmin edilməsi üçün nişanların görünməsi, işıqqaytarıcılığı maksimum dərəcədə təmin edilib.

Üstün görünmə qabiliyyətinə malik bu nişanlar sərt hava şəraitindən asılı olmayaraq uzun müddət bütöv və oxunaqlı qalır.

 

Son xəbərlər
İDF: Bütün İran pilotsuz təyyarələri İsrail sərhədləri xaricində məhv edilib
XİN ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb
Cüdo üzrə dünya çempionatının ilk günündə 3 Azərbaycan cüdoçusu mübarizə aparacaq
İsrail Hərbi Hava Qüvvələri Natanzdakı nüvə obyektini tamamilə dağıdılıb
Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlara müraciət edib
Misir hava limanlarını yüksək hazırlıq vəziyyətinə gətirilib
Cənubi Kipr Rum Administrasiyası ilə İsrail arasında uçuşlar dayandırılıb
Rəsmi Ankara İsrailin İrana endirdiyi zərbələri pisləyib