Menyu

DİN: Cinayətkarlığa qarşı mübarizədə vətəndaş fəallıq göstərir

DİN: Cinayətkarlığa qarşı mübarizədə vətəndaş fəallıq göstərir

2024-cü ilin 6 ayında qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılıb və 296 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

"Operativ Media" xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyində əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, son illər narkotiklərlə mübarizədə, xüsusən müvafiq cinayətlərin açılmasında vətəndaşların rolu davamlı olaraq artmaqdadır:

"Fəal mövqe nümayiş etdirən şəxslərin əməyi və mövqeyinin yüksək qiymətləndirildiyi həmin iclasda vurğulanıb ki, bu, polis-vətəndaş münasibətlərinin effektivliyinin əyani təsdiqidir. Polis-vətəndaş münasibətləri özünü daha çox mütəşəkkil qrup və dəstələr tərəfindən törədilən cinayətlərin azalmasında narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılmasının artım tempində və vətəndaşların günbəgün artan köməyliyində göstərir".

Teqlər:

"D\u0130N: Cinay\u0259tkarl\u0131\u011fa qar\u015f\u0131 m\u00fcbariz\u0259d\u0259 v\u0259t\u0259nda\u015f f\u0259all\u0131q g\u00f6st\u0259rir"

Əlaqəli Xəbərlər