Menyu

Nazirlik restoran sahiblərinə çağırış edib

Nazirlik restoran sahiblərinə çağırış edib

Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edirik ki, Məhərrəm ayında toyların olmaması fürsətindən yararlanaraq və bunu bir imkan kimi dəyərləndirərək, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, filtrləri vaxtında dəyişsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər.

"Operativ Media" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, bir sıra restoran və ictimai-iaşə obyektlərində təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, təəssüf ki, onlara vaxtaşırı xidmət göstərilmir, filtrləri vaxtında dəyişdirilmir və nəticədə havaya normadan artıq tullantı atılır.

“Bir daha iaşə obyektlərinin sahiblərindən tələbimiz odur ki, təmizləyici qurğuların texniki göstəricilərinin norma

lara uyğunluğunu yoxlasınlar".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər