13 İyul 2024, 11:18
Şəkidə 18 yaşlı qız itkin düşüb

Şəki rayonunun Oxud kənd sakini, 2006-cı il təvəllüdlü Sadıqova Lamiyə Arif qızı iyulun 8-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, o, sonuncu dəfə evdən gedərkən üzərində ağ rəngli cins şalvar, bənövşəyi rəngli köynək və başında şapka olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunub.