FHN Penitensiar Xidmətin əməkdaşları üçün təlim keçirib

admin
FHN Penitensiar Xidmətin əməkdaşları üçün təlim keçirib

Fövqəladə Hallar Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında əməkdaşlar üçün təlim keçirilib.

"Operativ Media" xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd Penitensiar Xidmətin əməkdaşlarına fövqəladə hallar və yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi müəssisələrdə yanğın zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının artırılması olub.

Digər xəbərlər