2024-cü ilin yanvar-iyun aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 46 985 vahid və ya 2,33% artaraq 2,056 mln. vahid təşkil edib.
Bu barədə "Operativ Media" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 7 376, fiziki şəxslər üzrə 32 858, torpaq mülkiyyətçiləri üzrə isə 6 751 vahid artıb.






