20 İyul 2024, 12:52
Özünü general-mayor kimi təqdim edən şəxs vətəndaşların 62 min manatını mənimsəyib
Özünü general-mayor kimi təqdim edən şəxs vətəndaşların 62 min manatını mənimsəyib şəkil
Özünü general-mayor kimi təqdim edən şəxs vətəndaşların 62 min manatını mənimsəyib

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri ilə vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq əməllərində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, paytaxt sakini, əvvəllər məhkum olunmuş Babazadə Elvin Firudin oğlu özünü ali rütbəli - (general-mayor) əməkdaş kimi təqdim edərək insanların pul vəsaitlərini ələ keçirib. 

Cari ilin aprel-may ayları ərzində ayrı-ayrı zərərçəkənlərə müxtəlif vədlər verərək onların ümumilikdə 61700 manatını dələduzluq yolu ilə talayıb. 

Faktla bağlı E.Babazadə barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Hazırda onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Onun əməllərindən zərərçəkmiş başqa vətəndaşlar DİN-in 102 Zəng-Mərkəzinə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Son xəbərlər
İran hava məkanı daha bir gün bağlı qalacaq
Binəqədi rayonunda oğurluq edənlər saxlanılıb
İranda daha üç nüvə alimi öldürülüb
Nəsimi rayonunda ekstazi həblərini toz formasında satan şəxslər saxlanılıb
Füzulidə "Son zəng" mərasimi keçirilib - FOTOLAR
Hikmət Hacıyev: Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Ermənistan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
İsrail Şərqi Azərbaycan vilayətində dörd hədəfə raket zərbələri endirib