21 İyul 2024, 11:35
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA şəkil
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

İyulun 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, iyulun 21-i saat 11:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub.

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Naxçıvanda 12 mm, Şərurda 10 mm, Göygöldə 9 mm, Gədəbəydə 8 mm, Qrız, Şahdağ, Culfada 7 mm, Daşkəsəndə 6 mm, Ordubadda 5 mm, Xaltan, İsmayıllı, Şahbuzda 4 mm, Qax (Sarıbaş), Xınalıq, Altıağac, Sədərək, Yardımlı, Lənkəran, Şamaxı, Quba, Qusar, Bərdə, Tərtər, Yevlax, Göyçay, Astara, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Xaçmaz, Şabran, Tovuz, Ağdam, Balakən, Zaqatala, Şəki, Qobustan, Gəncə, Naftalanda 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Lerik, Daşkəsən, Şahdağ, Qrız, Balakəndə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti olub.

Son xəbərlər
İran hava məkanı daha bir gün bağlı qalacaq
Binəqədi rayonunda oğurluq edənlər saxlanılıb
İranda daha üç nüvə alimi öldürülüb
Nəsimi rayonunda ekstazi həblərini toz formasında satan şəxslər saxlanılıb
Füzulidə "Son zəng" mərasimi keçirilib - FOTOLAR
Hikmət Hacıyev: Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Ermənistan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
İsrail Şərqi Azərbaycan vilayətində dörd hədəfə raket zərbələri endirib