Menyu

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

İyulun 21-i saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, iyulun 21-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında, Gədəbəy, Culfa, Göygöl, Gəncə, Qəbələ, Balakən, Zaqatala, Şəki, Qax (Sarıbaş), Oğuz, Şamaxı, İsmayıllı, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Şabran, Mingəçevir, Göyçay, Sabirabad, Şirvan, Biləsuvar, Yardımlı, Lerik, Astarada şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Neftçalada arabir 20 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 31, Aran rayonlarında 32, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti qeydə alınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər