Xarici səyyahlardan ibarət heyət Laçına səfər edib

Nərmin Qocamanlı
Xarici səyyahlardan ibarət heyət Laçına səfər edib

Azərbaycana gələn dünya səyyahları işğaldan azad olunan ərazilərə səfər zamanı Laçın şəhəri ilə yaxından tanış olublar.

"Operativ Media" xəbər verir ki, dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-nin MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veley-nin rəhbərlik etdiyi səyyahların işğaldan azad olunan ərazilərə səfəri davam edir.

Səfərin marşrutuna uyğun olaraq Kəlbəcərdə olan səyyahlar daha sonra Laçına gəliblər. Şəhərdə aparılan tikinti quruculuq işləri ilə tanış olublar. Onlara məlumat verilib ki, hazırda Laçın şəhəri ilə yanaşı, rayonun Zabux və Sus kəndlərində də sakinlər öz doğma yurdlarına qayıdıb.

Bildirilib ki, Laçın şəhərində 534 ailə olmaqla 1971 nəfərin, Zabux kəndində 217 ailə olmaqla 823 nəfərin, Sus kəndində 59 ailə olmaqla 215 nəfərin məskunlaşması təmin edilib və köçürülən ailələr üçün bütün şərait yaradılıb. Həmçinin, rayon ərazisində görülən mühüm işlər barədə səyyahlara məlumat verilib.

Digər xəbərlər