Yay aylarında ev heyvanlarına necə qulluq edilməlidir?

Nərmin Qocamanlı
Yay aylarında ev heyvanlarına necə qulluq edilməlidir?

Ev heyvanı saxlayan şəxslər üçün ən mühüm məsələlərdən biri onlara qulluqdur. Ev heyvanları xüsusi qulluq və qayğı tələb edir. Xüsusi ilə yay fəslində bu heyvanların sağlamlığına diqqət yetirmək lazımdır.

İsti havalarda ev heyvanlarına necə qulluq etməliyik?

Mövzü ilə bağlı “Operativ Media”ya açıqlama verən, Azərbaycan Bioloji Kombinatın baytar həkimi Sialə Rüstəmova bildirib ki, yay mövsümü ev heyvanlarında parazitlərin inkişafına münbit şərait yaradaraq onların artmasına səbəb olur:

“Yay mövsümündə ev heyvanları xüsusi diqqət tələb edir, belə ki isti hava ekdo və endo (daxili və xarici) parazitlərin inkişafına münbit şərait yaradaraq onların artmasına səbəb olurlar. Daxili və yaxud xarici parazitlər isə öz növbələrində müxtəlif növ qan parazitərinin, eləcə də bakterial və virus xəstəliklərinin daşıyıcılarıdırlar. Bu parazitlər heyvanların qanları və mədə bağırsaq şirələri ilə qidalanaraq onların orqanizmlərində müxtəlif xəstəliklərin yaranmasına səbəb olurlar. Bu baxımdan ev heyvanlarını imkan daxilində yay mövsümünə hazırlamaq lazımdır”.

Baytar-həkim qeyd edib ki, ev heyvanlara üç ayda bir dəfə çəkiyə uyğun daxili parazitlər əlehinə preparatlar verilməlidir:

“Ümumiyyətlə ev heyvanlarına (it, pişik) üç ayda bir dəfə çəkiyə uyğun antihelmint (daxili parazitlər) əlehinə preparatlar verilməlidir. Yaz aylarının sonunda isə heyvanlar xarici parazitlərə (bit,birə,gənələrə) qarşı xüsusi preparatlarla çimizdirilməli, müxtəlif növ spreylərlə tüklərinin dibləri dərmanlanmalı, boyun fəqərə sütünu nahiyələrində damcılardan istifadə edilməlidir. İmkan olduqda daxilə çəkiyə uyğun tabletlər verilməlidir. Bravekto,Nesqard,Simparika – bu tabletlər 3 ay müddətində heyvanları xariçi parazitlərdən qoruyur”.

Baytar-həkim vətəndaşları yay aylarında küçə heyvanlara diqqətli yanaşmağa çağırıb:

“Gün ərzində səhər və axşam sərində gəzintiyə çıxarılmalı və su qablarını daim dolu saxlanılmalıdır. Küçələrdə sahibsiz it və pişiklərimiz də çoxdur. Yay aylarında onlara da xüsusi qayğı göstərmək borcumuzdur. Ən azından çalışaq ki, onların da suyunu, yeməyini əsirgəməyək”.

Digər xəbərlər