15 Avqust 2024, 16:20
İnfeksionist vətəndaşlara meymunçiçəyi ilə bağlı çağırış edib
İnfeksionist vətəndaşlara meymunçiçəyi ilə bağlı çağırış edib şəkil
İnfeksionist vətəndaşlara meymunçiçəyi ilə bağlı çağırış edib

2024-cü ilin əvvəlindən dünyada 3 000-dən çox meymunçiçəyinə yoluxma halı aşkar edilib və 2022-ci ilin əvvəlindən bu günə qədər bu xəstəliyə yoluxanların ümumi sayı 97 mini keçib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada meymunçiçəyi epidemiyasını beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib. Azərbaycan Səhiyyə Nazirliyi ölkəmizdə meymunçiçəyi virusuna yoluxma hadisəsi qeydə alınmadığını bildirib. Nazirlik hazırda epidemioloji vəziyyət nəzarət altında olduğunu vurğulayıb.

Bəs görəsən bu xəstəliyin ilkin əlamətləri nələrdir, virusa necə yoluxulur?

Mövzu ilə bağlı “Operativ Media”ya açıqlama verən infeksionist Mərdan Əliyevin sözlərinə görə, meymunçiçəyi xəstəliyi tənəffüs yolu ilə yayılmır:

“Meymunçiçəyi xəstəliyinə 2022-ci ildə sürətli yoluxma halları qeydə alınıb. Meymunçiçəyi xəstəliyi tənəffüs yolu ilə yoluxan virus deyil. Əlbəttə tənəffüs yolu ilə yayılma hallarıda qeydə alınıb, amma bu suçiçəyi, qızılça və qripdə olduğu kimi sürətli deyil. Meymunçiçəyi virusu əsasən kontakt yolu ilə yoluxur. Bu xəstəlik çiçək virusu ilə eyni ailəyə daxildir. Bu virusun suçiçəyi xəstəliyi kimi başlayır. Xəstəlik qızdırma, baş və əzələ ağrıları olur. Su çiçəyi xəstəliyinə bənzəyir. Virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişkinlik, bel, əzələ ağrısı və zəiflikdir. İlk simptomu dəridə iri böyük suluqlu səpkilər ilə müşahidə olunur”.

İnfeksionist bildirib ki, meymunçiçəyinə yoluxan şəxsin dərisindəki səpkilər digər bir insana dəydikdə yoluxma baş verir:

“Meymunçiçəyinə yoluxan şəxsin dərisindəki səpkilər digər bir insana dəydikdə yoluxma baş verir. Əsas yoluxma kontakt yolu ilə olduğu üçün, burada maarifləndirmə və xəstəlik haqqında məlumatlı olmaq çox önəmlidir. Meymunçiçəyi xəstəliyi kənardan hiss edilir. Ona görə də, bu şəxslərlə rastlaşdıqda təmasda olmamaq lazımdır. Yoluxan şəxslər təcrid olunmalı və müalicəyə alınmalıdır ki, xəstəlik yayılmasın”.

Qeyd edək ki, bu virus ilk dəfə meymunda aşkar edilib. 1970-ci ildən bəri on Afrika ölkəsində epidemiya şəklinə yayılıb. 2003-cü ildə Amerika Birləşmiş Ştatlarında insanlara çöl itlərindən keçməklə qeydə alınıb. 

Son xəbərlər
Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb
İlham Əliyev Britaniya Kralını təbrik edib
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Qanunsuz silah-sursat əldə etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb