Menyu

"Demoqrafik böhran cəmiyyətimizi fəlakətli sonluğa aparır" - Sosioloq

Əsəd Abbaslı
"Demoqrafik böhran cəmiyyətimizi fəlakətli sonluğa aparır" - Sosioloq

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 48 702 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,7-dən 9,6-ya düşüb. Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının 53,2, qız uşaqları isə 46,8 faiz təşkil edir.

Bəs bu göstəricilər gələcəkdə hansı problemlər yarada bilər?

Məsələ ilə “Operativ Media”ya danışan sosioloq Mətanət Məmmədova bildirib ki, hər il doğulan uşaqların sayı əvvəlki ilə nisbətən az olur:

Sosioloq: Nikahdankənar doğulan uşaqlar..."Doğum hallarında yanvar-iyul ayı üçün verilən statistikada, ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli azalma müşahidə olunur. Bu artıq illərdir belədir. Hər il doğulan uşaqların sayı əvvəlki ilə nisbətən az olur. Bu çox sürətlə gedir. Ən təhlükəli məqam ondan ibarətdir ki, doğulan uşaqlar arasında oğlanların sayı, qızlara nisbətən üstünlük təşkil edir. Bu 1990-cı illərdən yaranan problemdir. Müasir texnologiya bu problemin yaranmasına səbəb oldu. İndiki dövrdə hər bir valideyn övladının cinsiyyətini əvvəlcədən öyrənə bilir. Bununlada ailədəki uşaqların balansını ata-ana özləri planlaşdırır”.

Sosioloq gələcəkdə oğlanların ailə qurmaqda çətinlik çəkəcəyini bildirib:

“Ümumiyyətlə qız övladı istəməyən ailələr də az deyil. Statistikaya fikir versək, hər il oğlan uşaqlarının sayının artdığını görərik. Bu gedişlə oğlanlar gələcəkdə ailə qurmağda çətinlik çəkəcək. Yəni onlar ailə qurmağ üçün, qız tapmayacaq. Bu da balansın pozulması deməkdir. Demoqrafik böhran cəmiyyətimizi fəlakətli sonluğa aparır. Lakin, hələ də heç bir aiddiyyatı qurum və təşkilatlar bununla bağlı tədbir görmür. Onlar əhali arasında maarifləndirmə işləri aparmalıdır”.

Səhiyyə Nazirli başda olmaqla qurumlar “qəflət yuxusu”ndan oyanıb, bu problemi aradan qaldırmaq üçün tədbirlər görməlidir:

“Bir neçə il əvvəl Naxçıvan Muxtar Respublikasında bu prosesə dövlət nəzarəti qoyulmuşdu. Yalnız ana üçün təhlükəli hamiləlik prosesi və ya qanaxmalar zamanı hamiləlik sonlandırıla bilərdi. Hazırda da müəyyən dərəcədə bu proses davam edir. Bunu nümunə götürərək, bu prosesi bütün ölkədə tətbiq etmək olar. 

Müayinə zamanı uşağın qız olduğunu görən ana hamiləliyini sonlandırır. Növbəti hamiləliyində oğlan olduqda isə uşağı dünyaya gətirir. Bu hallar gələcəkdə ciddi şəkildə balanslaşmanı pozacaq. Doğulan körpələr arasında oğlan uşaqları 53,2, qız uşaqlarının 46,8 faiz təşkil edir. Bu isə bir qıza beş oğlanın düşməsi deməkdir. Artıq həyəcan siqnalını çalmaq vaxtıdır. Səhiyyə Nazirliyi başda olmaqla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər qurumlar “qəflət yuxusu”ndan oyanıb, bu problemi aradan qaldırmaq üçün tədbirlər görməlidir".

Teqlər:

"\"Demoqrafik b\u00f6hran c\u0259miyy\u0259timizi f\u0259lak\u0259tli sonlu\u011fa apar\u0131r\" - Sosioloq"

Əlaqəli Xəbərlər