Menyu

Kürək və bel ağrıları ciddi xəstəliklərin göstəricisi ola bilər - Həkimdən xəbərdarlıq

Nərmin Qocamanlı
Kürək və bel ağrıları ciddi xəstəliklərin göstəricisi ola bilər - Həkimdən xəbərdarlıq

Kürək və bel ağrıları ən çox rast gəlinən şikayətlərdən biridir. Dünya əhalisinin 80%-i həyatlarında bir dəfə də olsun bu ağrılardan əziyyət çəkib. Bütün yaş qrupları arsında rast gəlinməsinə baxmayaraq, ən çox 35-55 yaşlar arasında olur. 

Bəs bu ağrıların səbəbi nədir, müalicəsi üçün nə etmək lazımdır, insanların müalicə üçün sosial şəbəkələrdə yayılan metodlardan istifadəsi nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim Aydın Əliyev "Operativ Media"ya açıqlama verib.

O bildirib ki, kürək və bel ağrıları hazırda bir çox insanda müşahidə olunur:

"Hazırda bir çox vətəndaşda kürək və bel ağrıları müşahidə olunur. Bu mövzu çox aktualdır. İnsanları bu mövzuda maarifləndirmək lazımdır. Təəssüflər olsun ki, dəqiq dioqnostika aparılmamış müalicələr çoxalıb. Bu ciddi fəsadlara gətirib çıxara bilir. Kürək və bel ağrıları daha çox ağciyərdə, böyrəklərdə, onurğa və qabırğalarda yaranan müxtəlif problemlər zamanı yaranır.

Ürək problemi, mədəaltı vəzidə yaranan nasazlıqlar insana kürək-bel ağrısı verir. Bəzən isə onikibarmaq bağırsağındakı xəstəliklərin ağrısı onurğaya vurur. Yəni bu ağrı bir çox səbəbdən ola bilər. Ona görə də dəqiq diaqnostika aparılmalıdır. Daha sonra müalicəyə başlamaq lazımdır.

Aptekdən bilmədən dərman almaq olmaz. Çünki həmin yerdə törəmə ola bilər. Vaxtında aşkar olunduğu halda, xəstənin həyatını xilas etmək olar. Belə səthi müalicələr xəstəliyi daha da ağırlaşdıra bilər. Ağrı zamanı mütləq həkimə müraciət etmək lazımdır. Həkimin qarşısına sual qoymaq lazımdır ki, mənim xəstəliyimin nədir. Həkim yanına gələn vətəndaşa ilk olaraq xəstəliyini sübut etməlidir".

Həkim insanların sosial şəbəkələrdə gördükləri müalicələrdən istifadəsinin çox ciddi fəsadlar törədəciyini vurğulayıb:

 "Son zamanlar bu və ya digər xəstəlikləri sosial şəbəkədəki müxtəlif müalicə üsulları ilə sağaltmağa çalışan vətəndaşların sayı artıb. İnsanların sosial şəbəkədə gördükləri müxtəlif müalicələri öz üzərində tətbiq etməsi qəbuledilməzdir. Almaniyanın məşhur klinikalarının birinin qarşısında belə bir söz yazılıb: “Xəstəliyinin diaqnozunu “Google” vasitəsi ilə qoyan pasiyentlərdən xahiş olunur ki, müalicə üçün sayta müraciət etsinlər”. Bu insan həyatı üçün çox ciddi fəsadlara gətirib çıxara bilər".

Həkim sosial şəbəkədə müalicə adı ilə edilən prosesləri dələduzluq adlandırıb:

"Hazırda sosial şəbəkələrdə ara həkimlər yayılıb. Onlar guya şəkəri, qan təziqini, hətta xərcəngi belə bitkilərlə müalicə etdiklərini bildirirlər. Həmin “həkim"lərin heç tibbi savadı yoxdur. Onlar dünya alimlərinin müalicə edə bilmədiyi xəstəlikləri necə sağalda bilərlər? İnsanlar da düşünür ki, bu həm ucuz olacaq, həm də təbiidir. Bu bir növ dələduzluqdur".

Teqlər:

"K\u00fcr\u0259k v\u0259 bel a\u011fr\u0131lar\u0131 ciddi x\u0259st\u0259likl\u0259rin g\u00f6st\u0259ricisi ola bil\u0259r - H\u0259kimd\u0259n x\u0259b\u0259rdarl\u0131q"

Əlaqəli Xəbərlər