Menyu

“Maaş və pensiya kartları üçün xüsusi imkanlar yaradılmalıdır” - Ekspert

Nərmin Qocamanlı
“Maaş və pensiya kartları üçün xüsusi imkanlar yaradılmalıdır” - Ekspert

Bankomatların qarşısında uzun növbələrin yaranması ilə tez-tez rastlaşırıq. Xüsusən də təqaüd və müavinətların ödənildiyi dövrdə vətəndaşlar bu növbələrdə xeyli vaxt itirirlər. Buna səbəb ərazi üzrə bankomatların sayının az olması və ya digər bankın bankomatından nağlaşdırma edərkən faiz tutulmasıdır. 

Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev “Operativ Media”ya açıqlama verib.

O bildirib ki, maaş və pensiya kartları üçün, xüsusi imkanlar yaradılmalıdır:

Sosial mediada yayılan DƏLƏDUZLUQ: "Kartda olan 16 rəqəm xaricində qarşı tərəfə heç bir məlumat verilməməlidir" - Ekspertdən ÇAĞIRIŞ

“Ölkəmizdə bir çox banklar var. Hər bir bank öz ödəniş kartlarını istehsal edir və müştərilərinə xidmətlər verir. Hər bir bankın xidmət keyfiyyəti onların işlərinə verdikləri diqqətə görə fərqlidir. Kim daha operativ xidmət göstərirsə, müştəri də həmin bankı seçməkdə maraqlı olur. Banklarla bağlı bəzi məsələlərin isə həlli ümumidir. Bəzən olduğumuz yerdə öz bankımıza aid bankomat olmadıqda, digər bankların bankomatlarından istifadə edərək, pul nağdlaşdırmaq kimi imkanımız olsa da, bu imkandan istifadə etmək fikrimcə bahadır. Bəlkə də maaş və pensiya kartları üçün, xüsusi imkanlar yaradılsa, daha xoş olar”.

“İnsanlar aldıqları maaş və pensiya məbləğlərini istənilən bankomatda nağdılaşdıra bilsələr bu bankomatlar qarşısında sıxlığın da qarşısını almış olar. Ümid edirəm banklar öz aralarında vətəndaşlarımızın xeyrinə münasib addımlar atacaqlar", - ekspert qeyd edib.

Teqlər:

"\u201cMaa\u015f v\u0259 pensiya kartlar\u0131 \u00fc\u00e7\u00fcn x\u00fcsusi imkanlar yarad\u0131lmal\u0131d\u0131r\u201d - Ekspert"

Əlaqəli Xəbərlər