28 Avqust 2024, 15:39
Fikrət Əliyev: "Ballıqaya qətliamı düşmənlərimizin faşist, yırtıcı xislətini bir daha ortaya qoyub"
Fikrət Əliyev: "Ballıqaya qətliamı düşmənlərimizin faşist, yırtıcı xislətini bir daha ortaya qoyub" şəkil
Fikrət Əliyev: "Ballıqaya qətliamı düşmənlərimizin faşist, yırtıcı xislətini bir daha ortaya qoyub"

“Azərbaycan xalqının tarixi təqvimində sevincli, bayram etdiyi günlər olduğu kimi faciəli günlər də az deyil. Kimsəyə sirr deyil ki, təqvimizə faciəli günlərin yazılmasının əsas baiskarı, əsas səbəbkarı məhz bədnam qonşularımız, yəni Ermənistandır”.

"Operativ Media" xəbər verir ki, bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “UNİTY Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib.

Fikrət Əliyev bildirib ki, Ermənistan zaman-zaman Azərbaycan xalqına qarşı qətliamlar, soyqırımları törədib: “Nəinki Azərbaycan, ümumilikdə dünya tarixinə düşən bu cinayətlər öz amansızlığına görə xüsusilə fərqlənib. Belə faciələrdən biri də 32 il əvvəl, 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində törədilib. Ballıqaya qətliamı nəticəsində 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib ki, onların arasında da 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq isə hər iki valideynini itirib”.

F.Əliyev bildirib ki, Ballıqaya qətliamı düşmənlərimizin faşist, yırtıcı xislətini bir daha ortaya qoyub: “Xatırladım ki, həmin vaxt öldürülmüş dinc insanların bəzilərinin meyidləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib. Ümumilikdə öldürülənlərin əksəriyyətinin uşaqlar, qadınlar və qocalar olub. Göründüyü kimi düşmən necə ki ondan əvvəl də ondan sonra törətdiyi cinayətlərin dəsti xətti ilə hərəkət edib. Yəni qoca, xəstə, körpə demədən xalqımızın bütün nümayəndələrinə qarşı amansız davranış sərgilənib. Lakin bu gün bizim bir təsəllimiz var. Təsəlimiz var ki, bütün Azərbaycan torpaqları artıq işğaldan azaddır. Bu gün həmin torpaqlarda, o şəhidlərin, faciə qurbanlarının azad ruhları dolaşır. Təbii ki buna görə də başda cənab Ali Baş Komandan İlham Əliyev olmaqla rəşadətli Azərbaycan ordusuna, igid vətən övladlarına borcluyuq. Eyni zamanda mən bu məqamda bir məsələni də xatırlatmaq istəyirəm. Cənab Prezident dəfələrlə bəyan edib ki, Ermənistan bütün cinayətlərinə görə cavab verməli olacaq. Yəni kimsənin şübhəsi olmasın ki, Ermənistan dövləti, bu dövlətin həmin cinayətləri törədərkən başında duranlar ədalət məhkəməsi qarşısında dayanacaqlar və o gün uzaqda deyil”.

Son xəbərlər
Azərbaycanla İran sərhədində radiasiya fonunda çirklənmə aşkar edilməyib
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İran: İsrailin hücumları bizi diplomatik yoldan çəkindirdi
İran Prezidenti: Allahdan bir yardım və yaxın bir zəfər
İsrail müdafiə naziri: İran mülki ərazilərə hücuma görə dözülməz bədəl ödəyəcək
İranın İsrailə cavab tədbirləri başa çatıb - YENİLƏNİB
Gürcüstan Yaxın Şərqdə artan gərginlikdən narahatdır