Menyu

"Məktəblərdə bufetlər biznes qurumuna çevrilib" - EKSPERT

Nərmin Qocamanlı
"Məktəblərdə bufetlər biznes qurumuna çevrilib" - EKSPERT

Ötən il bir sıra məktəb və liseylərdə uşaqların zəhərlənməsi faktları qeydə alınıb. Artıq yeni tədris ilinə sayılı günlər qalıb. Məktəblərdə bufetlərə nəzarət məsələsi aktuallaşıb.

Bəs görəsən paytaxt məktəblərində bufetlərin fəaliyyətinə hansı şərtlərlə icazə verilir? Məktəb bufetlərinə nəzarət hansı formada aparılacaq?  

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı "Operativ Media"ya açıqlama verib. O bildirib ki, bufetlər məktəb direktorlarının şərik olduğu biznes qurumuna çevrilib:

AQTA yalan məlumat YAYIR? "Bizə zənglər gəldi ki, zəhərlənən 40 nəfər eyni dönərxanada dönər yeməyib" - AÇIQLAMA

"Hələ Dövlət Standartlaşdırma Komitəsi mövcud olanda məktəb bufetləri üçün müəyyən standarlar hazırlanıb.  Məktəb bufetlərinə qoyulan tələblər, satışı qadağan olunan yeməklər siyahısı mövcuddur. Orada bir çox qidaların satışına qadağa qoyulub. O cümlədən qazlı içkilərin, rəngli içkilərin, kolbasa məmulatlarının, çipsilərin satışına məhdudiyyətlər qoyulub. Amma hazırda məktəb bufetləri direktorlar tərəfindən müəyyən şəxslərə icarəyə verilir. Məktəb direktorları bufetlərdən yararlanırlar. Bufetlər məktəb direktorlarının şərik olduğu biznes qurumuna çevrilib".

Eyyub Hüseynov məktəb bufetlərinə avtomatik meyvə satan aparatların qoyulmasını təklif edib:

"Çox təəssüflər olsun ki, burada ictimai nəzarət, valideyn komitələri yox səviyyəsindədir. Bu da məktəb bufetlərində şagirdlərin tədricən zəhərlənməsi, mədə-bağırsaq xəstəliyinə tutulmalarına səbəb olur. Məktəb bufetlərinə avtomatik meyvə satan aparatlar qoyulmalıdır. Şagirdlər qəpik atıb, alma, ya da başqa meyvə yeyə bilsinlər. Çox təəssüf ki, bu da məktəblərdə tətbiq edilmir. Bu sahədə böyük problemlər yaşanır".

O, son olaraq AQTA-nın bütün məktəbləri yoxlaya bilmədiyini vurğulayıb:

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi" (AQTA) sadəcə olaraq məktəb bufetlərinin siyahısını reyestrə daxil edir. AQTA bütün məktəbləri yoxlaya bilmir. Ölkədə qidanın təhlükəsizliyinin təmin olunması ilə biznesin inkişafı siyasəti tamamilə bir-birinə ziddir. Dövlət biznesin inkişafını dəstəkləyir. İstehlak hüquqları məsələləri isə arxa planda qalır. Ona görə də AQTA-nın əsasnaməsında dəyişiklik edilməlidir. AQTA -da cəld yoxlama mexanizmi olmadığından onlar planlı yoxlama edirlər. Bu da yoxlamanın effektini aşağı salır. Valideyn komitələri, direktorlar bu işdə əlbir olmalıdır. Məktəb bufetlərində qidanın təhlükəsizliyini təmin etmək üçün mütləq ictimai nəzarət həyata keçirilməlidir".  

Teqlər:

"\"M\u0259kt\u0259bl\u0259rd\u0259 bufetl\u0259r biznes qurumuna \u00e7evrilib\" - EKSPERT"

Əlaqəli Xəbərlər