Menyu

Gəncədə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib

Gəncədə doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. 

Bu barədə "Operativ Media"ya FHN-dən məlumat verilib. 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının binanın 3-cü mərtəbəsindəki ikiotqalı mənzilin mətbəx hissəsində baş verdiyi müəyyən edilib. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.  Yanğın nəticəsində ümumi sahəsi 76 kv.m. olan ikiotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 kv.m. sahədə yanıb. 
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub

Teqlər:

"G\u0259nc\u0259d\u0259 doqquzm\u0259rt\u0259b\u0259li ya\u015fay\u0131\u015f binas\u0131nda yan\u011f\u0131n ba\u015f verib"

Əlaqəli Xəbərlər