Menyu

Məcnun Məmmədov Goranboyda vətəndaşları qəbul edəcək

Nərmin Qocamanlı
Məcnun Məmmədov Goranboyda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov sentyabrın 6-da saat 09:00-da Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Goranboy, Naftalan və Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Operativ Media" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-379 29 29) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər