71 mindən çox şəxsə uşağın anadan olmasına görə proaktiv qaydada müavinət təyin olunub
Nərmin Qocamanlı
2024-cü ilin yanvar-avqust ayları ərzində 71 182 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Bu barədə "Operativ Media"ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, müavinət ödənişləri 33 214 nəfər qız, 37 968 nəfər oğlan uşağına görə aparılıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma