Menyu

Türkiyədə doktorantura səviyyəsində təqaüdlə təhsil alacaq tələbələrin siyahısı açıqlanıb

Nərmin Qocamanlı
Türkiyədə doktorantura səviyyəsində təqaüdlə təhsil alacaq tələbələrin siyahısı açıqlanıb

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 6 tələbə 2024-2025-ci tədris ilində Türkiyənin müxtəlif nüfuzlu universitetlərində doktorantura səviyyəsi üzrə təqaüdlə təhsil almaq hüququ qazanıb.

"Operativ Media" xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təqdim etdiyi namizədlər siyahısından seçilmiş şəxslər təhsilin idarəolunması və biznesin idarəolunması, türkşünaslıq, geofizika mühəndisliyi, marketinq və turizm menecmenti ixtisasları üzrə “Ankara Üniversitesi”, “Akdeniz Üniversitesi”, “İstanbul Üniversitesi”, “Hacettepe Üniversitesi”, “İstanbul Teknik Üniversitesi” kimi nüfuzlu ali təhsil müəssisələrində tədqiqat aparacaqlar.

Qeyd edək ki, müvafiq təqaüd proqramı Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında imzalanmış Niyyət Məktubu çərçivəsində həyata keçirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər